Şəffaf Elaynerlərlə Müalicə

Şəffaf Elaynerlərlə_Müalicə

Dişlərin şəffaf, çıxarıla bilən kappalarla düzəldilməsi

Şəffaf elaynerlər — breketlərdən fərqli olaraq narahatlıq və məhdudiyyətlər yaratmayan, diş düzülüşünü tənzimləməyə imkan verən, demək olar ki, görünməyən ortodontik alətlərdir.

Biz Invisalign daxil olmaqla, aparıcı istehsalçıların şəffaf kappaları ilə işləyirik və maksimum estetik, rahat müalicə təqdim edirik.
Bu müalicə, xüsusilə estetik görünüşə önəm verən böyüklər üçün idealdır.

Elaynerlərə aid tez-tez verilən suallar

1. Elayner qiyməti Bakıda nə qədərdir?

Elaynerlərin qiyməti dişlərin vəziyyətindən və müalicə müddətindən asılıdır. Konsultasiya zamanı sizin üçün ən uyğun variantı seçirik.

2. Elaynerlərlə breketlərin fərqi nədir?

Elaynerlər şəffaf və çıxarıla bilən kappalardır. Onlar breketlərdən daha rahat və az nəzərə çarpan olur. Yemək zamanı və ya diş fırçalayarkən çıxarıla bilər.

3. Elaynerlər böyüklər üçün uyğundurmu?

Bəli! Elaynerlər böyüklər üçün xüsusilə uyğundur, çünki onlar estetik və metal olmadan diş düzəltməni təmin edir.

4. Elayner müalicəsi nə qədər davam edir?

Müalicə orta hesabla 6–18 ay çəkir. Müddət dişlərin vəziyyətindən və fərdi müalicə planından asılıdır.

5. Hansı elayner markaları ilə işləyirsiniz?

Biz Invisalign daxil olmaqla, etibarlı və məşhur elayner markaları ilə işləyirik. Seçim sizin məqsədinizə və büdcənizə uyğun təyin olunur.

Our Specialists

Website & Photos by Lamiya Sadigova