Kimyəvi diş ağardılması proseduru
Klinikamızda müasir kimyəvi diş ağardılması prosedurundan faydalana bilərsiniz. Biz yalnız təhlükəsiz və effektiv sistemlərdən istifadə edirik – ZOOM və FLASH ağardıcı texnologiyaları, hansılar ki bir seansda görünən nəticə əldə etməyə imkan verir.
Əgər ev şəraitində ağardılmaya üstünlük verirsinizsə, biz sizə Ultradent kimi dünya markalarına məxsus, fərdi ağardıcı kapalar və gellər təklif edirik. Bu vasitələr rahat və nəticə yönümlü ev şəraitində istifadə üçün idealdır.
Həkimlərimiz sizə ən uyğun metodu dişlərinizin vəziyyətinə və şəxsi istəklərinizə uyğun olaraq seçməyə kömək edəcək.
Tez-Tez verilən suallar
1. Dişlərin ağardılması nədir və necə aparılır?
Dişlərin ağardılması – diş minasının üzərində yığılan ləkələri və saralmaları aradan qaldıraraq dişlərin təbii ağlığını bərpa edən estetik prosedurdur. Klinikamızda bu prosedur ZOOM və FLASH kimi qabaqcıl texnologiyalarla həyata keçirilir.
2. Dişlərin ağardılması qiyməti nə qədərdir?
Dişlərin ağardılması qiyməti seçilən metoddan və prosedurun mürəkkəbliyindən asılı olaraq dəyişə bilər. Dəqiq qiymət üçün konsultasiya məsləhətdir.
3. Ev şəraitində diş ağardılması mümkündürmü?
Bəli, klinikamızda evdə istifadə üçün uyğun ağardıcı kapalar və Ultradent kimi dünyaca məşhur brendlərin gelləri mövcuddur. Bu vasitələr həkiminizin göstərişi ilə istifadə olunarsa, effektiv və təhlükəsiz nəticə verir.
4. Dişlərin ağardılması dişlərə zərər verirmi?
Xeyr, peşəkar həkim nəzarətində aparılan diş ağardılması prosedurları diş minasına zərər vermir. İstifadə olunan məhsullar təhlükəsiz və sertifikatlıdır. Hər bir pasiyentə fərdi yanaşma tətbiq olunur.
5. Dişlərin ağardılması neçə müddət qalıcı olur?
Ağardılma nəticəsi insanın həyat tərzindən və diş baxım vərdişlərindən asılı olaraq 6 aydan 2 ilə qədər qalıcı ola bilər. Nəticəni qorumaq üçün rəngləyici qidalardan uzaq durmaq və diş həkiminin tövsiyələrinə əməl etmək vacibdir.



